• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 19.06.2015 17:27

Ölkədə iribuynuzlu heyvanların süni mayalanma yolu ilə çoxaldılması geniş vüsət alır

Bu məqsədlə bölgələrdə olan fermerlərlə vaxtaşırı maarifləndirici görüşlər keçirilir.Süni Mayalanma Mərkəzi, Elmi Tədqiqat Heyvandarlıq və Elmi -Tədqiqat Yemçilik İnstitutunun əməkdaşları son 2 ay ərzində ölkənin 8 rayonunda 1000-dən çox sahibkar və fermerlə maarifləndirici görüş keçirib. Əsas məqsəd fermerləri yüksək keyfiyyətli toxumlar, daha səmərəli cins heyvanların  yetişdirilməsi, həmçinin yerli heyvan sortlarında cırlaşmanın qarşısının alınması üçün süni mayalanmanın əhəmiyyəti barədə məlumatlandırmaq olub.

Ramiq Abbasov- Respublika Süni Mayalanma Mərkəzinin direktoru: “Biz bütün bölgələrdə seminarlar təşkil edirik. Bizim əsas işimiz, kənd təsərrüfatına və heyvandarlığa marağı olan sahibkarları fermerləri və iş adamlarını bu sahədə maarifləndirməkdir. Və bildirim ki, görüşlərimiz həqiqətən də çox böyük müsbət nəticələr verir”.

Maarifləndirmə işinin nəticəsidir ki, artıq respublika üzrə ay ərzində orta hesabla 15-20 min baş iribuynuzlu heyvan süni mayalandırılır. Bu sahənin daha geniş inkişaf etdirilməsi üçün Göygöl rayonunda ümumi ərazisi 16 hektar olan müasir tələblərə cavab verən yeni Süni Mayalanma Mərkəzi inşa edilir.

Ramiq Abbasov- Respublika Süni Mayalanma Mərkəzinin direktoru: “Yəni bu mərkəz elə olacaqdır ki, burda böyük sahələr olacaq süni mayalanma, embrion köçürmə və bio texnologiyalar fəaliyyət göstərəcək. Deyə bilərəm ki, görülən işlər nəticəsində yaxın vaxtlarda Azərbaycanda heyvandarlığın cins tərkibi tam olaraq dəyişəcəkdi”.

Bildirək ki, yaxın vaxtlarda respublika süni mayalanma mərkəzinə yeni sort buğalar gətiriləcək.

Elton Cabbarlı