• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 16.06.2015 14:47

Bu il Göygöl rayonunda taxılın məhsuldarlığı yüksəkdir

Göygöl rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında başa çatdırılması üçün zəmilərə 40-a yaxın texnika cəlb olunub. Mütəxəssislər bu il məhsuldarlığın əvvəlkindən çox olacağını proqnozlaşdırırlar.  

Bu il Göygöldə 9712 hektar sahədə dənli bitkilər əkilib. Onlardan 7085 hektar buğda, 2611 hektar arpa, qalanı isə qarğıdalı sahələridir. Təxminən 5 günə yaxındır zəmilərdə biçin işləri aparılır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu il orta məhsuldarlığın 28-30 sentner olacağı proqnozlaşdırılır. Bu isə əvvəlki illə müqayisədə yüksək göstəricidir.

Səfyar Uğurruyev- Göygöl rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: “Biçinə iyun ayının ikinci ongünlüyündən start verilib. Bu günədək 350 hektar sahədə biçin başa çatıb. Göstərilən aqrotexniki qulluq və mülayim hava şəraiti məhsuldarlığa müsbət təsir göstərib. Biçinin vaxtında başa çatdırılması üçün kifayət qədər texnikamız var”.

Ötən mövsüm də Göygöl rayonunda 10 min hektara yaxın sahədə dənli bitkilər əkilmişdi. Ancaq hava şəraitinin qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərmişdi.

Natiq Hüseyn