• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2622
— 20.09.2014 16:29

Sabah İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı başlayacaq

Planetin ən güclülərinin mübarizə aparacağı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunacaq.

Mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulacaq. O, sentyabrın 22-də fərdi ötüşmədə bacarığını nümayiş etdirəcək.

Sentyabrın 23-də 18 yaşadək velosipedçilər arasında Elgün Əlizadə və Kənan Qəhrəmanlı fərdi ötüşmədə çıxış edəcəklər.

Elit yaş qrupunda sentyabrın 24-də Elçin Əsədov fərdi ötüşmədə qüvvəsini sınayacaq.

Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.