• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2523
— 20.09.2014 16:23

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında hesabat yığıncağı keçirilib

Tədbirdə əldə olunan nailiyyətlər təhlil olunaraq müzakirələr aparılıb. Yığıncaqda mərkəzin direktoru Xəyal Hacızadə çıxış edərək idman ocağının yetirmələrinin beynəlxalq səviyyəli turnirlərdə nəticə qazandığını bildirib. Yusif Babayevin uşu-sanda üzrə Avrasiya çempionu, Murad Süleymanovun isə güləş üzrə gənclərin sonuncu Avropa birinciliyinin gümüş mükafatçısı olması qeyd olunub.  İdmançıların qazandığı uğur yüksək qiymətləndirilib.  Filial rəhbəri TİM üzvlərinin bir çox xarici və ölkə əhəmiyyətli yarışlarda ildən ilə daha çox medal qazandığını  və yeni tədris ilində də bunun davamını gətirəcəklərini deyib.

Tədbirdə sentyabr ayında Gəncəyə medalla  dönən idmançılar arasında olan  Ramil Qasımovun əldə etdiyi nəticədən də bəhs olunub. Qasımovun paralimpiyaçılar arasında cüdo üzrə dünya çempionu olması sevindici hal kimi dəyərləndirilib. TİM rəhbərliyi onun lisenziya qazandığı 2016-cı il Rio de Janeyro paralimpiadasında da uğurlu çıxış edəcəyinə inamını ifadə edib.

Tədbirin sonunda nəticə qazanan idmançılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

 

Orxan Cəfərzadə