• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 15.06.2015 12:03

Bu il məhsul bol olacaq

Ötən il qərb bölgəsinə yağıntının az düşməsi quraqlığa, otun və bəzi kənd təsərüffatı məhsullarının qiymətinin baha olmasına gətirib çıxarmışdı. Hətta vəziyyət o həddə çatmışdı ki, çaylar, su anbarları quruma təhlükəsi ilə üz-üzə qalmışdı. Bu il isə bölgəyə demək olar ki, hər gün yağış yağıb və nəticədə sahələr yaşıllığa bürünüb.

Bu il məhsul bol olmaqla yanaşı, su anbarları da dolub. 3-4 rayonu suvarma suyu ilə təmin edən Ağstafaçay su anbarı 120 milyon kub su tutumuna malikdir. Hazırda bol yağıntı hesabına anbara 110 milyon kub su toplanıb.

Fermerlər ötən ilin həddindən artıq quraq keçməsindən narahat olaraq bu il əkin sahələrini azaltmaq qərarına gəlsələr də, yağışların davamlı olması onları bu fikirlərindən daşındırıb. Daha çox kartof sahələrini genişləndirən təsərüffat sahibləri bu il bol məhsul gözləyirlər.

Qeyd edək ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının  57 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən Ağstafaçay su anbarı 44 il öncə istifadəyə verilib.

Rahim İbrahimoğlu