• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2536
— 20.09.2014 11:24

Azərbaycan və Rusiya şahmatçıları üz-üzə

İspaniyanın Bilbao şəhərində şahmat üzrə keçirilən klublararası Avropa çempionatında ötən gün VI turun oyunları baş tutub. Bu tur Azərbaycan komandaları Rusiya klubları ilə qarşılaşıb.Yarışın lideri olan SOCAR “Malaxit”lə üz-üzə gəlib. 5:1 hesablı qələbə qazanan komandamız son turu gözləmədən çempionluğunu elan edib. “Odlar Yurdu”na isə mükafatçılar sırasında yer almaq üçün qələbə vacib olub. Amma Rusiyanın “Nadya” klubunu sınağa çəkən komandamız heç-heçə oynayıb.