• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2607
— 20.09.2014 11:23

"Avro-2020"nin final mərhələsinin 4 oyununun Bakıda Azərbaycanın uğurudur”

AFFA prezidenti Rövnəq Abdullayev "Avro-2020"nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı Azərbaycanın uğuru kimi qiymətləndirib.

Rövnəq Abdullayev: "Bu qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakının Avropanın 13 ən inkişaf etmiş şəhərləri sırasına düşməsi, paytaxtımızda qitənin mötəbər turnirinin oyunlarının keçirilməsi ölkəmizin idman həyatında əlamətdar hadisədir”.