• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 10.06.2015 15:59

Gəncədə arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşlığı toplantısı keçirilib

KepezTV Player

Azərbaycanın münbit iqlim şəraiti, potensialı burada olan arı ailələrinin sayının 2 dəfə artırılmasına imkan verir. Lakin bu özəlliklərdən düzgün istifadə edilməlidir. Bu barədə Gəncədə arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşlığı toplantısında bildirilib. Türkiyə Arı Yetişdirmə Mərkəzinin rəhbəri Bahri Yılmaz arıçılarımızın bir sıra qaydalara əməl etmədiklərinə görə problemlərlə üzləşdiklərini qeyd edib.  

Bahri Yılmaz- Türkiyə Arı Yetişdirmə Mərkəzinin rəhbəri: "Burada arıçılığı dədə-babadan gördükləri formada inkişaf etdirirlər. Bir model deyil, bir neçə formalı arı yeşiklərindən istifadə olunur. Bunlar standart formaya, yəni Lanqstrot sisteminə uyğunlaşdırılmalıdır. İkincisi, bal saxlanan qablara diqqət yetirilmir. Plastmas qablarda bal saxlamaq düzgün deyil. Bu işin  beynəlxalq standartlara uyğunlaşdırılması üçün Türkiyədə olduğu kimi, Azərbaycanda da arıçılıq sahəsində idarəçilik baxımından işləri sürətləndirmək lazımdır".