• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 10.06.2015 15:18

Göygöl rayonunda taxıl biçini başlayıb

KepezTV Player

Bu il Göygöl rayonunun fermerləri əkin sahələrinin vaxtında biçilməsi üçün texnika sarıdan çətinlik çəkməyəcəklər. Qabaqcadan görülən tədbirlər nəticəsində taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz biçini yerinə yetiriləcək.

Bu gündən başlayaraq rayon ərazisində taxıl biçininə start verilib. Bu il Göygöldə ümumilikdə 9 min 725 hektar sahədə əkin aparılıb ki, bunun da 2900 hektarı arpa və xəsil, yerdə qalan 6825 hektar da isə buğda əkilib. Rayonda biçinin vaxtında və itkisiz aparılması üçün özəl təsərrüfatlarda və "Aqrolizinq" ASC-nin Göygöl rayon aqroservis filialında kombaynlar və digər texnikalar hazır vəziyyətə gətirilib. Ötən il “Aqroservis” ASC-nin Göygöl rayon filialının kombaynları rayonda 4 min hektar sahədə taxıl biçinini həyata keçirib.  

Altay Ələkbərov- "Aqrolizinq" ASC-nin Göygöl rayon aqroservis filialının direktoru: “Biçinlə əlaqədar olaraq Göygöl Aqroservis filialının 14 kombaynı tam hazır vəziyyətə gətirilib. Bildiyiniz kimi iyun ayının 10-dan başlayaraq rayonda taxıl biçininə start veriləcək. Biçinlə əlaqədar bütün tədbirlər görülüb. Biçinlə bağlı əhali tərəfindən olunan bütün sifarişlər yerinə yetiriləcək”.

Mütəxəssis bildirir ki, bu il havalar əlverişli keçdiyindən taxıl və digər dənli bitkilərin məhsuldarlığı bol olacaq. Orta hesabla hər hektardan 30-35 sentner məhsul götürülməsi nəzərdə tutulur.