
Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər.
Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayği və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.
2003 cü ildən indiyənədək, ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib, o cümlədən bir sıra məktəblər üçün əlavə korpuslar inşa olunub, əsaslı təmir həyata keçirilib. Yeni məktəblərin tikintisi ,əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində ümumilikdə ölkə üzrə bir milyondan çox məktəbin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində iki növbəli məktəblərin , eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşagı düşüb. Bu iş indidə davam etdirilir.
Ümumilikdə yeni dərs ilində bütün təhsil işçilərini o cümlədən tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həmdə uğurlarin başlanğıcı deməkdir. Bilik gününüz mübarək.
Gülşən Zabitqızı
- Baxış: 26133