• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2642
— 18.09.2014 10:59

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin görüşlərinə start veriləcək

48 komandanın 12 qrupda mübarizə aparacağı yarış Bakıda başlayacaq. F qrupunda yer alan qitənin ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçimiz “Qarabağ” ilk sınağını Fransanın "Sent Etyen" klubuna qarşı keçirəcək. Qrup mərhələsində çıxış edən Azərbaycan çempionu ev oyunlarını saat 21:00-da keçirdiyindən Bakıdakı görüş Avropa Liqasının ilk matçı olacaq. Bu oyunu Stevan Maklinin başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, qrupun digər qarşılaşmasında İtaliya "İnter"i Ukrayna təmsilçisi "Dnepr"in gücünü yoxlayacaq. Avropa Liqası F qrupu I tur 18 sentyabr 21:00. “Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) Baş hakim: Steven Maklin Baş hakimin köməkçiləri: Qavin Harris, Fransis Konnor Dördüncü hakim: Alasdair Ross Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endryu Dallas (hamısı Şotlandiya) Hakim-inspektor: Qilfi Tor Orrason (İslandiya) UEFA nümayəndəsi: Sergey iliç (Belarus) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu