• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2540
— 18.09.2014 10:59

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Yeni siyahıda Azərbaycan millisinin aparıcı üzvlərindən cəmi 4-ü ilk “10-luq”da yer alıb. Belə ki, cüdoçularımızdan Orxan Səfərov, Nicat Şıxəlizadə, Elxan Məmmədov və Elmar Qasımov mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 6-cı, 10-cu, 3-cü və 4-cü pillədədilər. Bu idmançılar kimi İlqar Müşkiyev, Tərlan Kərimov, Rüstəm Orucov və Kifayət Qasımova da yerlərini əldən verməyiblər. Müşkiyev 12-ci, Kərimov 82-ci, Orucov 13-cü, Qasımova isə 23-cü yeri heç kəsə güzəştə getməyib. Siyahıda yeganə irəliləyən cüdoçumuz Məhəmmədəli Mehdiyev olub. O, rəqibinin geriləməsi səbəbindən 48-ci pilləni 47-yə dəyişib. Onunla eyni çəkidə mübarizə aparan Tural Səfquliyev isə 53-cü yerə enib. Şahin Qəhrəmanov da geriləyənlər sırasına qoşulub. Təmsilçimiz 1 rəqibini özündən irəli buraxaraq, 23-cü yerə düşüb. Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.