• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3588
— 12.05.2015 18:24

Qaxda dörd otaqlı ev alov aldı

Qaxda bu gün səhər saat 10 radələrində yanğın baş verib. Hadisə 9 aprel küçəsində Natiq Allahverdioğluna məxsus dörd otaqlı evdə qeydə alınıb. Evin bir hissəsi əşyaları ilə birlikdə yanıb. Əraziyə Qax rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə baş verən vaxt evdə heç kim olmayıb. Fakt araşdırılır.