Bu günə xəbərlərin oxunma sayı: 1372
— 30.04.2015 16:08

Tanınmış sabiq şahmatçı İlahə Qədimova Şəmkirdə yerli uşaq və yeniyetmələr üçün seans verib

Zəka” İntellektual Gənclər Mərkəzində baş tutan seansda Qədimova eyni vaxtda 10 rəqibinə qarşı oynayıb. Vaxtilə şahmat üzrə Azərbaycanın qadınlardan ibarət komandasının liderlərindən olan İlahə Qədimova dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin iştirakçısı və mükafatçısı olub. 2008-ci ildə idmançı karyerasını başa vuran keçmiş iti zəka sahibi indi zəngin təcrübəsini gənc nəsillə bölüşür. Onu da qeyd edək ki, “Zəka” Mərkəzində 4 qrupda 5-18 yaşarası 70 şahmatçı bu idman növünün sirlərini öyrənir.