Samuğun Sərkar kəndində taksi fəaliyyəti ilə məşğul olan “BMW” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Avtomobildə olan rayonun Ziyatlı kənd sakinləri – 38 yaşlı Ravil Qocayev və onun həyat yoldaşı, 34 yaşlı Gültəkin Ələkbərova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzaya düşənlər kənddə keçirilən toy məclisindən qayıdırlarmış. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Gəncənin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “Hundai” markalı minik maşını “Mercedes” markalı avtomobillə toqquşub. Qəza zamanı “Mercedes” iki hissəyə bölünüb, sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
- Baxış: 621