• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4134
— 21.11.2019 14:41

"Kəpəz" autsayderə qalib gəldi

KepezTV Player

Aşağı liqada mübarizə aparan Gəncənin “Kəpəz” klubu tur çərçivəsində oyununu doğma meydanda keçirib.“Sarı-göylər” şəhər stadionunda “Qaradağ Lökbatan”ı qəbul edib. Matç gəncəlilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Bğöyük hesablı qələbəyə baxmayaraq çempionatın autsayderinə qarşı oyun gəncəlilərin üçün elə də asan alınmayıb. Meydan sahibləri ilk yarıda rəqibin müdafiə xəttini cəmi bir dəfə yarmağı bacarıblar. Son vaxtlar qol vura bilməməsinə görə azarkeşlərin etirazı ilə üzləşən Elvin Nəsibov 37-ci dəqiqədə hesabı açıb. “Kəpəz”in daha iki qolu fasilədən sonra 11 metrlik cərimə zərbəsindən vurulub. İlk penalti 71-ci dəqiqədə məhz Nəsibova qarşı qayda pozuntusuna görə təyin olunub. Topun arxasında dayanan komandanın ştatlı penalti vuran Nodar Məmmədov yenə dəqiq zərbə ilə yadda qalıb. Bundan 16 dəqiqə sonra referi yenidən ağ nöqtəni göstərib. Zərbəni vurmaq üçün Elvin Nəsibovun israrını görən Məmmədov geri çəkilərək komanda yoldaşına bu dəfə güzəştə gedib. Hədiyyəni lazımınca qiymətləndirən gənc hücumçu isə zərbəni dəqiq yerinə yetirib.  Bu qələbə sayəsində hesabına 3 xal “Kəpəz” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.