• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4062
— 21.11.2019 19:59

Samuxda itlər qoyun sürüsünə hucum edib

KepezTV Player

Özünüməşğulluq proqramı çərçivəsində dövlətdən 20 baş xırdabuynuzlu heyvan alıb təsərrüfatını genişləndirmək istəsə də, itlər arzusunu ürəyində qoyub. Samux sakininin həyətində saxladığı qoyunlar köpəklərin hucumuna məruz qalıb. Ətraflı əməkdaşımız Natiq Hüseynin hazırladığı videomaterailda.

Elçin Əliyev - zərərçəkənin qonşusu: “Hasardan bəri keçəndə məni itlər sürüsü qarşıladı. Özümü yeyirdilər. Zorla özümü küçəyə atdım. Təzədən yava götürüb qovalamışam. İçəri girdim hamısı viran gündədir, yaralıdır”.

Elçin Əliyev özünü qorusa da, qonşusunun qoyunlarını xilas edə bilməyib. Xeyli sayda it Samux rayonunun Çobanabdallı kəndindəki fərdi təsərrüfatlardan birinə hucum edərək orada saxlanılan xırdabuynuzlulara xəsarət yetirib. Bir qoyun və 7 ev quşu isə məhv olub. Hadisə vaxtı evdə olmayan təsərrüfat sahibi sonradan gəlib gördüklərinə inanmayıb.

İltifat Abdullayev - təsərrüfat sahibi: “Çöl itləridi. Bunlara bir əncam edilməlidi. Zəng etdim Baytarlığa, sağ olsunlar vaxtında gəldilər. Polis şöbəsinə xəbərdarlıq etmişəm”.

Ölmüş heyvan və quşlar baytar həkimlərin iştirakı ilə yandırılaraq basdırılıb.  Samux rayon Baytarlıq İdarəsinin həkimləri yaralı heyvanlara ilkin yardim göstərib, təsərrüfat sahibinə müvafiq tövsiyələrini çatırıblar.

Elxan Rüstəmov - Samux Rayon Baytarlıq İdarəsinin rəisi: “Biz dərhal hadisə yerinə gəldik. Baxış keçirdik. Bir baş heyvanı öldürüb. 11 baş heyvanın isə müxtəlif nahiyyələrindən xəsarət yetirib. İlk yardım göstərildi. Sahibinə tapışırıldı, 10 gün burada baytarlıq xidməti aparılacaq”. 

Çobanabadallı sakinləri sahibsiz itlərin kənd ərazisində çoxluq təşkil etidiyini iddia edirlər. Təsərrüfat sahibi İltifat Abdullayev zərər çəkən heyvanları özünüməşğulluq proqramı çərçivəsində əldə edib.

Natiq Hüseyn