• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4054
— 20.11.2019 20:03

I Divizionda fasilə başa çatır

KepezTV Player

Futbol üzrə milli komandaların Avropa çempionatının seçmə oyunları səbəbindən I Divizionda yaranan fasilə başa çatır. Komandalar noyabrın 21-i və 22-də XI turun görüşlərini keçirəcəklər. “Kəpəz” təqvimə əsasən, turun ilk oyun günündə meydana çıxacaq. “Sarı-göylər” Gəncə şəhər stadionunda “Qaradağ Lökbatan”ı qəbul edəcək. Saat 14:30-da başlayacaq matçın idarəçiliyi gənc hakimlərdən olan Nicat İsmayıllıya həvalə olunub. Gəncəlilər qarşıdakı oyunla bağlı hazırlığı bu gün keçirilən sonuncu məşqlə başa vurublar. Son turlarda qeyri-stabil çıxış edən “Kəpəz” növbəti ev oyununda qələbə qazanmaq niyyətindədir. Rəqibin aşağı liqanın autsayderi olması da komandanın işini asanlaşdırır. Bakı kollektivi 13 komanda arasında 4 xalla sondan əvvəlki pillədə yer alıb. 15 xala malik meydan sahibləri isə 6-cı yerdə qərarlaşıb. Daha yuxarı pillələrdəki rəqiblərlə xal fərqi çox olmadığından qələbə “Kəpəz”i turnir cədvəlində üst sıralara qaldıra bilər.