• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4109
— 20.11.2019 20:10

Kommunal təsərrüfat qışa hazırlanır

KepezTV Player

Anbarlara yığılan qum, duz topaları, eləcə də yeni gətirilən maşın və mexanizmlər. Gəncəda kommunal təsərrüfat qışa hazırlanır. Qarlı və şaxtalı havalarda piyada və sürücülərin, sakinlərin normal hərəkəti və rahatlığı üçün qabaqlayıcı tədbirlər görülür.

Gəncədə qış dövründə kommunal təsərrüfat baxımından göstərilən xidmətlərin vaxtında yerinə yetirilməsi üçün şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində tədbirlər planı hazırlanıb. Ehtiyat tədbirləri olaraq yolları qardanvə buzdab təmizləmək üçün anbarlara kifayət qədər qum və duz tədarük edilib. Həmçinin dizel və benzin yanacağı ehtiyatı yaradılıb.

Elşad Əsgərov - Gəncə şəhər MKTİB-nin rəis müavini: Bizim bazamız var ora 10 tona yaxın duz gətirilib, 5 maşın qum var. Duz və qum qarışdırılıb körpülərin üstünə yollara vurulacaq. Hacıkənd qəsəbəsində də yerlər ayırmışıq orada yığımışıq. DOST xidmətindən əlavə işə adamlar cəlb olunub. Canlı qüvvə tərəfdəndə, texnikadan da heç bir problemimiz yoxdur.

Həmçinin Birliyin Avtoqarajının texnika parkı da tamami ilə yenilənib. Ölkə başçısının sərəncamı ilə alınan 28 ədəd xüsusi təyinatlı maşın və mexanizmlər istismara tam hazırdır.

Arif Məmmədov - Gəncə şəhər MKTİB-nin Avtomobil qarajı şöbəsinin mühəndisi: Cari ilin sonuna kimi daha 30 yaxın maşın və mexanizmlərin gətirilməsi nəzərdə tutulub. Əgər qış mövsümündə qarın yağması ilə əlaqədar hər hansı problem yaranarsa yeni avtomaşın və mexanizmlərin bunu aradan qaldırmağa hazırdı. Biz çalışırıq ki, qış sərt keçməsindən asılı olmayaraq Gəncə əhalinin avtomobildən istifadə etdiyi yollarda heç bir problem yaranmasın.

Şəhər əhalisinin soyuq qış günlərində qaz və elektrik enerjisi sarıdan problemi olmasın deyə iki qurum da gücləndirilmiş iş rejiminə keçib. Sutka ərzində baş verə biləcək qəza hadisələri ayrılan xüsusi birqadalar tərəfindən aradan qaldırılacaq.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: Gəncə şəhərində 98 faizdən çox ərazilərimiz qazlaşdırılıb. Hazırda da bu işlər davam etdirilir.Həmçinin Gəncənin elektrik təsərrüfatı da qışa tam hazırdı.

Gəncənin 14 Mənzil İstismar Sahəsinin işçiləri də rahat gediş-gəlişi təmin etmək üçün lazımi vasitələr - kürək, bel, süpürgə və qış geyimləri ilə təmin edilib.

 

Elnur Vahidoğlu