• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4055
— 20.11.2019 16:20

Əcnəbi tələbələr Azərbaycan dilini öyrənirlər

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Universitetin beynəlxalq əlaqələrinin kifayət qədər genişləndiyi, burada yaradılan şəraitdən, tələbələrin ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən söz açılıb. Ali məktəbin xarici ölkələrdən olan tələbələri də bütün bu proseslərdən geri qalmır, hətta Azərbaycan dilinin öyrənilməsinə də maraq göstərirlər. Bu məqsədlə, həm də əcnəbi tələbələrin mühitə adaptasiya olmaları üçün mütəmadi kurslar və görüşlər təşkil edilir. Bunu çıxışlarında universitetin əcnəbi simaları bir daha təsdiqləyiblər. Azərbaycan Dövlət Aqrar Universitetində Türkiyə, Rusiya, İran, Malaziya, Konqo, Gürcüstan, Somali, Lesoto kimi dünyanın müxtəlif ölkələrindən ümumilikdə 100-dək əcnəbi tələbə təhsil alır.