KepezTV Player
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Olay Gəncə-Qarayeri yolunda qeydə alınıb. Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 17 yaşlı Nərmin Rzayeva xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 202