• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4091
— 19.11.2019 20:11

Sexdə təkər partlayıb, usta ağır xəsarət alıb

KepezTV Player

Samuxda təkər təmiri sexində bədbəxt hadisə baş verib. Qarayeri qəsəbəsində sexdə təkər təmiri ilə məşğul olan qəsəbə sakini, 31 yaşlı Əlibaba Zeynalov müştərinin avtomobilinin şinlərini təmir edərkən təkər partlayıb. Nəticədə təkərin diski onun baş və göz nahiyəsinə dəyib. Ağır kəllə-beyin travması alan Zeynalov ətrafdakıların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.Vəziyyəti orta-ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.

Şahin Quliyev həkim: Müayinə zamanı təpə nahiyyəsində çoxsaylı yaralar və sol baldırın üçdə bir hissəsində kəsilmiş yara aşkarlandı. Xəstəyə ilkin tibbi yardım göstərildi. Müayinə zamanı sol baldırında sümük üsüyünün zədələnməsidə qeydə alındı. Xəstə sonrakı müayinə və müalicə üçün hal-hazırda şöbəyə yerləşdirilib.