• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4050
— 19.11.2019 12:31

Təhsil işçiləri üçün təlim keçilir

KepezTV Player

Göygöldə Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkarlığının İnkişafı İnistitutu tərəfindən orta məktəblərin direktorları, müavinləri, uşaq birliyinin rəhbərləri, eləcə də psixaloqlar üçün təlim keçilir. Artıq 3 gündür davam edən “Məktəbdə Sağlam Sosial Emosional Mühitin Formalaşdırılması” adlı təlim 130 təhsil işçisi üçün növbəlik əsasında iki qrupda təşkil edilib. Təhsil müəssisələrində sağlam psixoloji mühitin formalaşdırılması məqsədi daşıyan tədbirdə insan hüquqları barədə ətraflı məlumatlar verilir, eləcə də ayrı-seçkilik, zorakılıqla mübarizə yolları izah edilir. Kurs 5 gün davam edəcək və iştirakçılar dekabr ayında imtahan verdikdən sonra Təhsil İşçilərinin Peşəkarlığının İnkişafı İnstitutunun sertifikatını alacaqlar.

Elnarə Qaraxanova təlimçi:Məktəb mühitində hansı rollarda daha çox zorakılıqların olması ilə bağlı müzakirələr apardıq. Müzakirələrin nəticəsi olaraq qrup şəkilində qərara alındı ki, zorakılğın hansı növləri emosianalmı, fizikimi məktəbdə daha çox olur.Təlimində məqsədi odur ki, zorakılıq hallarının azadılması demək olar ki, yox olması nəticə etibarı ilə bulinqə gətirib çıxarma hallarının demək olar ki, zadaılması prosesləridir.

Məcid Məmmədov iştirakçı:Şagird, valideyn və məktəb. Bu uçbucaq şəklində qurulan təlim prosesi valideynlə məktəbin və valideynlə müəllimin əlaqəsi olduğu halda daha yaxşı yerinə yetirilir. Bu istiqamətə görülən işləri planlaşdırırıq. Gələcək işlərimizi də bu istiqamətdə qurmaq üçün alşırıq.

Elnur Vahidoğlu