KepezTV Player
Göygöldə qəza törədib qaçan sürücü yaxalanıb.Göygöl rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü -Taleh İsmayılov tutularaq istintaqa cəlb edilib.Xatırladaq ki, İsmayılovun idarə etdiyi “VAZ 2121” markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə edən Cavad Kərimovun idarə etdiyi avtomobilə çırpılaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişinlər Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimovan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Gülnur Qocayeva isə ölüb.
- Baxış: 226