• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4065
— 16.11.2019 12:38

Oğul atasını, ər arvadını qətlə yetirdi

KepezTV Player

Gəncə şəhərində oğul atasını qətlə yetirib. Hadisə Kəpəz rayonunda qeydə alınıb.Gəncə şəhər sakini, 25 yaşlı Yüsif Dadaşov sərxoş vəziyyətdə atası, 53 yaşlı Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb. Qətli törədən şəxs saxlanılıb.

Daha bir qanlı olay Zülfi Hacıyev küçəsində qeydə alınıb. Salyan şəhər sakini, 33 yaşlı Zaur Orucov həyat yoldaşı, 24 yaşlı Nuranə Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.Orucov polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktlarla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılır.