• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4112
— 15.11.2019 20:13

"Kəpəz"in meydançası hazırdı

KepezTV Player

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi başa çatıb. İşlər mərhələli şəkildə 4 aydan çox müddətdə davam edib.

Məşq meydançası standart ölçülərə malikdir. Belə ki, qazonun uzunluğu 105, eni isə 68 metrdir.

Gəncə futbolu, “Kəpəz” uzun müddət bu cür meydançaların həsrəti ilə yaşayıb. Azərbaycana süni örtüklü meydançaların gətirilməsi təxminən 10 il öncəyə təsadüf etsə də, Nizami yurdunda belə meydança bu günümüzdə quraşdırlaraq istifadəyə verilir.

Klubun meydança ilə bağlı problemi yoluna qoyulduğundan “Kəpəz”in əsas komandası ilə yanaşı, aşağı yaş qruplarından ibarət komandaları da burada məşq edib oyunlara çıxa biləcəklər.

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən tam olaraq yenilənib. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə qurumun maliyyə dəstəyi ilə süni örtüklü mini meydança da salınıb.