• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4054
— 13.11.2019 15:21

Şəmkirli narkobaron Gəncədə saxlanılıb

KepezTV Player

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayon sakini saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının saxlanılan şəxsin avtomobilindən və kirayə yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkarlayıblar. Araşdırmalar zamanı 31 yaşlı Dəllər qəsəbə sakininin xeyli vaxtdır narkobaronluq etdiyi müəyən edilib.

Saxlanılan Sənan Əliyevin “Lada Priora” markalı avtomobilinə qanunvericiliklə müəyyən edilən qaydada baxış keçirilən zaman, salonundan sellofan torbada 33 ədəd kibrit qutusu aşkarlanıb. Qutularda ümumi çəkisi 295.5 qram narkotik vasitə olan qurudulmuş marixuana olduğundan polis tərəfindən götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Gəncə şəhərində müvəqqəti yaşadığı mənzildən də xeyli miqdarda qurudulmuş marixuana aşkarlanıb.

Bəkir Qarayev - Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi: Sənan Əliyevin kirayə yaşadığı Gəncə şəhəri Dədə Qorqud küçəsində ki, mənzilə baxış zamanı oradan 1 kiloqram 21 qram çəkidə ayrı-ayrı qablarda qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı Sənan Əliyev narkotik maddəni paytaxtdan satış məqəsdi ilə aldığını deyib. O Gəncədə qablaşdırdığı marixuananı Şəmkirdə  satdığını etiraf edib.

Sənan Əliyev - saxlanılan şəxs: Bakıdan alırdım 800-900 manata. Gətirib burada qutularda qablaşdırıb aparıb Şəmkirdə satırdım. Gəncədə heç kimə satmamışam. Üstümə 60 manata düşürdü. 70-80 manata da satırdım.

Hazırda Sənan Əliyevin barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq adavm etdirilir.

 

Natiq Hüseyn