• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 08.11.2019 20:11

Bayraq Günü münasibətilə yürüş

KepezTV Player

Dövlət Bayrağı Günü münasibəti ilə Gəncədə "Bayraq yürüşü" keçrilib. Şəhərin Baş Meydanından başlayan yürüş Bayraq Meydanına kimi davam edib.

Şəhərin Heydər Əliyev prospektindən start götürən Bayraq yürüşü Nizami prospekti ilə davam edib. Hərbi orkestrin vətənpərvərlik musiqilərin sədaları ilə uzunluğu 50, eni 4 metr olan üç rənglə bayrağımızı əsgərlər çiyinləri üzərində bayraq meydanına gətiriblər.

Əsgərlərin müşayiəti ilə Azərbaycan bayrağı meydandan keçirildikdən sonra məktəblilər marş sədaları altında tədbir iştirakçılarının qarşısından keçib. Ölkəmizin atributlarından birinin məhz bayraq olduğu, üçrəngli bayrağın hər bir azərbaycanlı üçün məhəbbət simvoluna çevrildiyi və bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəfli olması vurğulanıb. Dövlət bayrağının tezliklə işğal altında olan torpaqlarda dalğalanacağına inam ifadə edilib. Dünyada ilk hündür bayraq dirəyinin paytaxt Bakıda ucaldıldığı, bütün bölgələrdə bayraq meydanları və muzeylərinin yaradıldığı önə çəkilib.

Pərvin Kərimzadə - Milli Məclisin deputatı: Gəncədə keçirilən bu tədbir Azərbaycan Xalq Cumhuriyyəti olan Azərbaycan Respublikasınin bayrağının nə qədər önəmli olduğunu, gənclər arasında nə qədər böyük önəm daşıdığını sübuta yetirdi. Gəncə Azərbaycanımızın, Xalq Cumhuriyyətinin ilk paytaxtı idi. Biz gəncəlilər həmişə fəxr edirik ki, bu bayrağımızı əlimizdə uca tuturuq.

Alim Məşədiyev - gənc: Hər bir ölkənin milli göstəricisi onun milli bayrağıdır. Bayrağımız hər zaman yüksəklərdə dalğalansın. Bayrağımız heç zaman enməsin.Biz Azərbaycan gəncləri olaraq bayrağımızı qorumağa hər zaman borcluyuq və bunu dərk eləməliyik.

Alsu Nağıyeva - gənc: Bayraq bizim vətənimiz, bayraq bizim dövlətimiz, qürurumuzdu. Biz Azərbaycan gəncləri olaraq bayrağımızı sevməliyik və onu bütün canımızla, varlığımızla qorumalıyıq.

Sonra şəhərin musiqi kollektivləri vətənə, qəhrəmanlığa, bayrağa həsr olunan konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib. Gəncə Dövlət Dram Teatrının aktyorları vətənə aid kompozisiya nümayiş etdirib.