• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1199
— 08.11.2019 19:47

Məktəbli qızın guya qətlə yetirildiyi görüntülərlə bağlı rəsmi açıqlama

KepezTV Player

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə guya 8-ci sinif şagirdinin atasının sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyini əks etdirən videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən məlumata görə, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Belə ki, bu il oktyabrın 8-də Gəncə şəhərində şəhər sakini Məhərrəm Siratinin qeyri-rəsmi nikah münasibətində olduğu şəhər sakini Natavan Mustafayevaya qısqanclıq zəminində bıçaqla çoxsaylı zərbələr endirərək onu qəsdən öldürməyə cəhd etməsinə şübhələr üçün əsaslar müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanıb. Sirati təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə geniş ajiotaja səbəb olan həmin videogörüntünü sosial şəbəkələr vasitəsilə yayan şəxs müəyyənləşdirilib. Təxirəsalınmaz tədbirlər nəticəsində Şəmkir rayonunun Seyfəli kənd sakini, 21 yaşlı Musa Məmmədov şübhəli şəxs qismində saxlanılıb.