• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1368
— 08.11.2019 12:24

Gəncədə keçirilən partidə 500-ə yaxın gənc iştirak edib

KepezTV Player

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Gəncədə parti reallaşıb. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 500-ə yaxın gənc Azərbaycan bayrağı naminə bir araya gəlib. Şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri 101 il bundan öncə ucaldılan bayrağımızın bu gün də Azərbaycan səməsını bəzədiyi, qürur mənbəyi olduğu və hər il 9 noyabrın bu şərəfə görə bayram edildiyinə diqqət çəkilib. Əyləncəli gecədə iştirak edən gənclərə bayraqlar paylanılıb, intelektual oyunlar və viktorinalar keçirilib, fərqli nominasiyalar üzrə qalib seçilənlərə hədiyyələr təqdim olunub. Həmçinin, gənc ifaçılar və DJ tərəfindən zövqoxşayan musiqilər səsləndirilib.