• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3145
— 08.11.2019 12:06

Ad günündə dostu tərəfindən öldürüldü

KepezTV Player

Ağcabədi rayonunda qətl olub. 31 yaşlı Cavid Quliyev tanışı, 45 yaşlı Kərim Sultanovun doğum gününü qeyd etmək üçün onun evinə gedib. Həyətdə təşkil edilən ziyafət zamanı hər iki şəxs arasında mübahisə yaranıb.Daha sonra K.Sultanov Cavid Quliyevi ağır formada söyüşlə təhqir edib. Quliyev isə ziyafət mərasimindən çıxaraq evlərinə gedib və qayçı götürərək, yenidən K.Sultanovun evinə yollanıb. Küçədə o, Kərim Sultanovla rastlaşıb, əlindəki qayçı ilə onun döş qəfəsinə bir dəfə zərbə endirib. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.Quliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.