• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 08.11.2019 12:15

Şəmkirdə Dövlət Bayrağı günü təntənə ilə qeyd edilib

KepezTV Player

Nəfəsli orkestrin müşayiəti ilə keçirilən tədbir bayraq yürüşü ilə əlamətdar olub. Rayon ictimaiyyəti hərbçilərlə birgə uzunluğu 100 metr olan üçrəngli bayrağı çiyinlərində bayraq meydanına gətiriblər. Ümumilikdə 500-ə yaxın şəmkirli Şəhidlər Xiyabanından Bayraq Meydanına yürüş edib. Meydanda məktəblilərin də marş sədaları altında keçidi olub. Üçrəngli bayrağın hər bir azərbaycanlı üçün qürur simvolu olduğu, dünyada ilk ən hündür bayrağın Azərbaycanda dalğalandığı, ölkənin bütün bölgələrində bayraq muzeylərinin yaradıldığı vurğulanıb. Şəmkirin Bayraq meydanında dalğalanan bayraq isə hündürlüyünə görə Respublikada ikinci ən uca bayraqdır. Bayram tədbirində Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunub. Sonda musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunan konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib.