• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2293
— 08.11.2019 11:01

“Xiaomi” şirkəti “Mi Watch” "ağıllı" saatını təqdim edib

İstehsalçılar cihazı 1,78 düym diaqonallı sensor displey və 570 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediblər. Şirkətin məlumatına görə, aksesuar 36 saatadək avtonom işləyir. "Mi Watch" "ağıllı" saatına mobil rabitəni dəstəkləyən və yüksəksürətli internetə çıxışı təmin edən daxili "4G" modemə malik "Snapdragon Wear 3100" prosessoru quraşdırılıb. Kontaktsız ödənişlərin həyata keçirilməsi üçün qurğuya, həmçinin NFC modulu yerləşdirilib. "Ağıllı" saata 40-dək mobil proqram quraşdırmaq, həmçinin onları "ağıllı" evin idarəetməsində istifadə etmək olar.