• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 07.11.2019 20:34

Balacalar üçün iki həftəlik sirk şousu

KepezTV Player

Oyuncaq avtomobili sürən, diyircək içərisində hərlənən itlər, boru üzərində gəzən, velosiped sürən meymun, atraksionda sürüşən oxatan kirpilər. Bütün bunlar Loli adlı sirk şousunda yaşananlardır. Pişiklərin, tülkülərin iştirakı ilə hazırlanan nömrələr də proqrama daxil edilib.

1 saat 20 dəqiqəlik proqramda illuziyaçıların rəngarəng çıxışları, şən klonların uşaqlarla səhnədə məzəli zarafatları üzləşrdə gülüş yaradır. Artıq 2 gündür Gəncə Zabitlər Evində təqdim edilən sirkə maraq da yetərincədir.

Məhəmməd İmanov sakin:Mənim sirkdə ən çox klonlar xoşuma gəldi. Məni səhnəyədə çıxartdılar.

Sveta Məmmədova sakin:Nəvələrimin iksini də gətirmişdim. Çox xoşuma gəldi, minnətdaram.

Noyabırın 20-dək davam edəcək proqram gündə üç dəfə olmaqla, hər seansda 10-dan artıq orijinal nömrələrin təqdimatı ilə balacaların görüşünə gələcək.

Şəhadət Bağırov illuziyaçı:Məndə sırf illuziya, fokusdu. Qızın havada qalmasıdı, qızın qoxa çıxması olan maraqlı nömrələrdi.Bunlar xarici nömrələrdi mən onları təkmilləşdirib göstərirəm

İsgəndər Cəlalov sirk təlimçisi:Beş ildir ki, mən bu işlə məşğulam.Heyvanlarla işləmək yaxşıdır. Gəncə şəhərində qonağıq. Hamını dəvət edirik və burada çox gözəl şou var.

Gəncə sirkin son dayanacağı deyil. Bölgələrdə olan balacalar da tamaşalardan əylənə biləcək. Lakin qışda sirk çadırda təqdim olunmaqla və nömrələrin sayı artırılmaqla yenidən Gəncədə qonaq olacaq.

Ruslan Abbasov sirkin direktoru:1200 nəfərlik böyük tutumu olan sirkin hündürlüyü 11 metrdir. Səhnəyə daha da yaxındı və əsil manejdi. Planda nəzərdə tutulub ki, sirki gətirək.