• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 07.11.2019 20:32

Uşaq folkloru nümunələri niyə unudulur?

KepezTV Player

Uşaq folklorunun nümunuləri niyə unudulur?

Əvvəllər necə idi, indi necə? Məsələdə təqsirkar kimlərdi?

Ruziyyə Quliyeva filologiya üzrə fəlsəfə doktoru:Gəlin, günahkar axtarmayaq. Hər dövrün özünün tələbi, xüsusiyyətləri var. Misal var, hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz. Amma bununla belə, folklor nümunələri heç vaxt unutmaq olmaz. Əsasən də, uşaq folklorunu. Çenki gələcək nəsil onunla böyüyür. Bu bizim genefondumuzdur.

Çoxəsrlik tarixə malik, zəngin xalq yaradıcılığı nümunələri içərisində uşaq ədəbiyyatı özünəməxsus yer tutur. Tədqiqatçıların fikrincə, folklor nümunələri müasir dövrdə gələcək nəsli milli ruhda böyütmək üçün zəruri vasitədir. Elə bu səbəbdən dolayı, gənc ailələr məsələdə xüsusi diqqətli olmaldır.

Yusif Axundov pedaqoq-ziyalı: Dastanlar, laylalar, oxşamalar, rəvayətlər, bayatılar var. Bunlardan yeri gəldikcə istifadə etmək lazımdır. Sovetlər dövründə yaşayan hər kəs laylalarla böyüyüb. Tərbiyənin bünövrəsi layladan gəlir. İndi çox təəssüf ki, gənc ailələrin heç birinin layladan xəbəri yoxdur. Gözəl folklor nümunəmiz olan laylanı indiki gənclərimiz, gənc ailələrimiz bilmir.

Ümumiyyətlə, uşaq ədəbiyyatının təbliğinin nə kimi mahiyyəti var?

Taciyə Mehdisoy psixoloq:Əgər bunu bu gün bizim uşaqlar dinləmirsə, deməli valideyn-övlad münasibəti düzgün deyil, ailədaxili münasibətlərdə axsaxlıq var. Ən gözəl kontakt səmimi kontaktdır. Onun yerini telefon, kompyuter, oyun vasitələri aldığı üçün artıq ona zaman qalmır. Amma ən gözəl kontakt səmimi kontakdır. Azyaşlı laylalanın, oxşamanın tərkibindəki sözlərinin fərqinə varmalı, onları əzbərləməli, şifahi xalq ədəbiyyatı ilə yaxından tanış olmalıdır ki, zehni inkişafı daha yaxşı getsin.

Ruziyyə Quliyeva filologiya üzrə fəlsəfə doktoru:Yanıltmac deyən uşaq sərbəst danışmağı öyrənir. Kiçik nağıl uşağın təsəvvürün genişləndirir. Şifahi şəkildə yaranmış nümunələri yaşatmaq vacibdir.

Bəli, müdrik və uzaqgörən ata-babalarımız uşaqların gələcəyi, sağlam və düzgün təfəkkürü, nitq inkişafı kimi mühüm məsələlərə xüsusi diqqət ayırıblar. Onlar sadə dildə yazılan və asan mənimsənilən mətnlərlə azyaşlıların hərtərəfli tərbiyəsi üçün gözəl örnəklər yaradıblar. Odur ki, milli foklor xəzinəmizi yaşatmaq, bu yolla vətənpərvər ruhda vətəndaş yetişdirmək hər birimizin borcudur.