• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2132
— 07.11.2019 12:35

Gələn il Azərbaycan əhalisinin xərcləri artacaq

KepezTV Player

2020-ci ildə Azərbaycan əhalisinin xərcləyəcəyi vəsait artacaq. Bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində deyilir. Sənəddə qeyd edilir ki, əhalinin xərcləyəcəyi vəsaitin cari ilinin sonuna 51 240,6 mln. manat, 2020-ci ildə isə 55 876,3 mln. manata bərabər olacağı proqnozlaşdırılır. Proqnozlara əsasən, orta aylıq əmək haqqı 2019-2020-ci illərdə müvafiq olaraq 620,4 manat və 716,7 manat təşkil edəcək ki, bu da real ifadədə ötən ilə nisbətən 10,4% və 10,5% çoxdur.