• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 06.11.2019 20:24

Abad məhəllələr yaradılır

KepezTV Player

Gəncədə də Abad məhəllələr yaradılır. Sakinlərin istirahətini təmin etmək üçün ilin sonunadək 6 nümunəvi həyətin salınması planlaşdırılır. Şəhərin müxtəlif istiqamətlərində çoxmərtəbəli binaların qarşısında yaradılacaq belə ərazilərdə bütün yaş kateqoriyasından olanlar nəzərə alınacaq.
 

Amaliya Muradova - sakin: Gecə işıqlanması yoxdu, gecə hər yer qaranlıq olur.Uşaqlar üçün oynamağa yer yoxdu. Yaşlı adamlar üçün oturacaqlar yoxdu.

Şah İsmayıl Xətai prospekti bina 101, eləcə də onun ətrafında olan digər 5 çox mərtəbəli yaşayış binasının sakinləri illərdir belə vəziyyətlə barışmaq məcburiyyətindədirlər. Nə böyüklərin istirahəti üçün şərait var, nə də uşaqların əyləncəsi üçün.

Maral Məmmədova - sakin: Yaşlı adamlar istirahət etməyə oturacaq yoxdu. Uşaqların oynaması üçün əyləncə yeri olmalıdırmı? İşıq yoxdu, asfaltımız yoxdu uşaq daşdıqda yıxılır.

Amma ilin sonuna kimi vəziyyət nisbətən düzəlməlidir. Ən azından Kəpəz rayon ərazisində 3-cü mikrarayonda yerləşən 6 binanın yaşayan 270 ailə üçün. Ərazidə salınan abad məhəllədə futbol, basketbol və həndbol meydançaları yenidən təmir edilir. Həmçinin skamyalar quraşdırılır, gecə işıqlandırıma dirəkləri basdırılır. Ərazidəki xeyir-şər mağarı da yenilənmə işlərindən geri qalmır.

Yaşar Abdullayev - Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin sədri: Burada yaşıyan hər bir yaş kateqoriyasında olan sakinlər nəzərdə tutulub. Körpələr üçün atraksion, gənclər üçün idman meydançası, yaşlılar üçün oturacaqlar quraşdırılır. Məhəllənin təmiz saxlanması üçün binaların qarşısında məişət qutuları qoyulacaq. ))

İşlər şəhərin müxtəlif ərazilərdin aparılır. Ümumilikdə 7 minə yaxın şəhər sakini yaradılan imkanlardan faydalana biləcək.

Mikayıl Zeynalov - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: Gəncə şəhərində bir neçə ərazilərdə abad məhəllələrin yaradılmasına başlanmışdı.Bu ilin sonuna kimi Gəncə şəhərində 6 belə məhəllənin tam abadlaşdırılıb sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

İstirahət, idman və əyləncə ilə yanaşı sakinlər üçün yaşıllıqlar da salınacaq, yeni ağaclar və gül kolları əkiləcək.