• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 06.11.2019 11:01

“Samsung Galaxy XCover FieldPro” smartfonu nümayiş olunub

“Samsung” şirkəti istehsal və ya tikinti meydançaları kimi çətin şəraitlərdə istifadə üçün nəzərdə tutulan yüksək dözümlülüyə malik “Galaxy XCover FieldPro” smartfonunu təqdim edib.

Yeni qurğu zərbə, düşmə, vibrasiya, temperatur dəyişiklikləri və 1,5 metr su dərinliyi altında 30 dəqiqə qalmağa qarşı dözümlüdür. Bundan əlavə, “Samsung Galaxy XCover FieldPro” ratsiya rejimində işləyə bilir.

5,1 düym diaqonallı ekran təsvir ölçüsünə malikdir. Arxa tərəfdə daktiloskopik skaner və 3 işıq diodlu işıqlandırıcı ilə təchiz edilən 12 meqapikselli kamera quraşdırılıb. Ön kamera 8 meqapikselli sensor əsasında hazırlanıb.

Smartfonun əsasını “Exynos 9810” prosessoru təşkil edir. Bu çip 2,7 QHs takt tezlikli 8 hesablayıcı nüvəni və “Mali G72MP18” qrafik kontrollerini özündə birləşdirir.

“Samsung Galaxy XCover FieldPro” 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” çıxışı, “Wi-Fi və “Bluetooth” simsiz rabitə adapterləri və qulaqcıq üçün 3,5 millimetrlik çıxış ilə təchiz olunub.