• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2871
— 05.11.2019 12:34

Rostov-Bakı mikroavtobusu qəzaya uğradı

KepezTV Player

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Hadisə Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.