• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2590
— 04.11.2019 20:04

Tarixi uğurda gəncəli izi

KepezTV Player

Gürcüstanda şahmat üzrə komandalararası Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın qadınlardan ibarət yığmasının heyətində Gəncə şahmat məktəbinin yetirməsi də yer alıb. Bu, Ülviyyə Fətəliyevadır. O, millinin tərkibində keçirdiyi oyunlarla komandanın uğuruna töhvə verib. Fətəliyeva 7 görüşdə yığmanın şərəfini qoruyub. O, 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb. Ülviyyə 4 xal toplayaraq əmsalını da artırmağı bacarıb. Xatırladaq ki, Batumidə tarixi uğura imza atan yığmamız 27 ildən sonra qitə çempionatının mükafatını qazanıb.