• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2784
— 04.11.2019 20:07

“İradənlə qalib gəl”

KepezTV Player

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göygöldə “İradənlə qalib gəl” devizi altında “İdman festivalı” və “Açıq qapı günü” keçirilib. “9 noyabr - Bayraq Günü” münasibəti ilə reallaşan aksiyalara nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksi ev sahibliyi edir.

Aksiya çərçivəsində yerli və beynəlxaq tədbirlərdə fərqlənən idmançılar öz çıxışları ilə həvəskarlara bu növlərin maraqlı cəhətlərini nümayiş etdirməyə çalışıblar. İdmançıların nümunəvi çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb. Aksiyanın keçirilməsində məqsəd idmanın kütləviliyini artırmaq, gənclərin Olimpiya hərəkatına qoşulmasına dəstək vermək, regionda fəaliyyət göstərən idman növlərinə maraq yaratmaqdır. Tədbirlər çərçivəsində olimpiya və qeyri olimpiya idman növləri üzrə yarışlar və əyləncəli idman oyunları təşkil edilir. Ötən ilin ən yaxşı iki idman qurğusundan biri olan Göygöl Olimpiya İdman Kompleksi 2014-cü ilin yanvarından fəaliyyətə başlayıb. Kompleks bu müddətdə müxtəlif səviyyəli yarışlara, o cümlədən qadınlar arasında Avropa Çempionatının final mərhələsinə, cüdo və güləş üzrə beynəlxalq təlim-məşq toplanışlarına ev sahibliyi edib. Regionun universal idman mərkəzi kimi fərqlənən kompleksdə müxtəlif idman növlərinin inkişafı üçün hər cür şərait yaradılıb. Burada güləş, boks, cüdo, taekvando, karate və üzgücülük üzrə bölmələr var.