• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2771
— 04.11.2019 14:18

Maşınla vurulan piyada öldü

KepezTV Player

Yol qəzalarından piyadalar da zərər çəkiblər. Bu hadisələr də həm ölümə, həm xəsarətə səbəb olub.

Kürdəmirin Qarabucaq kəndində qəza olub. Gəncə sakini Elsevər İsgəndərov DAF markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına çıxan Qarabucaq kənd sakini 40 yaşlı Nizami Qarayevi vurub. O, aldığı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Hadisə zamanı sürücü də maşını aşıraraq yaralanıb.

İsmayıllı-Basqal yolunda Şamaxı rayon sakini  İfadə Rəhimovu yolu keçmək istəyərkən avtomobil vurub. Ağır xəsarət alan Rəhimov hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinin Şamaxı rayon şöbəsinə yerləşdirilib.

Goranboyun Dəliməmmədli şəhərində yolu keçmək istəyən orta yaşlı kişini "Mercedes VİTO" markalı maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xılas etmək mümkün olmayıb.

Ağstafada isə bazarın yaxınlığında piyadavurma hadisəsi qeydə alınıb. 45 yaşlı Mənsurə Mansırovanı yolu keçərkən maşın vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hacıqabulun Padar çölü adlanan ərazisində Siyəzən rayon sakini, 15 yaşlı Elsevər Gülmalıyevi avtomobildən düşüb yolun kənarındakı ticarət obyektinə gedərkən avtomobil vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb. Gülmalıyev Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Qəzalarla bağlı araşdırmalara başlanılıb.