• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 04.11.2019 14:48

Küçə itlərinin də baytar nəzarətinə götürülməsi mümkün olacaq

KepezTV Player

Heyvandan insana keçə biləcək xəstəliklərə qarşı baytarlıq tədbirləri Gəncədə də davam etdirilir. Şəhərətrafı qəsəbələrdə mövcud olan fermer və fərdi təsərrüfatlarda  saxlanılan iri və xırda buynuzlu heyvanlar, eləcə də ev quşlarının müxtəlif yolxucu xəstəliklərə qarşı profilaktikası həyata keçirilir. Şəhər Baytarlıq İdarəsinin həkimləri epizootik tədbirlər planına əsasən bu günədək 1300 baş iribuynuzlu heyvanı brüselyoz və qarayara  xəstəliyinə qarşı peyvənd edib. 1700 baş xırdabuynuzlu heyvanda isə dabaq və qarayaraya qarşı peyvəndləmə işi aparılıb. 20 min ev quşu da epizootiya əlehinə tədbirlərdən kənarda qalmayıb. Bununla belə baytarlar sahibli ev itlərininin də profilaktik tədbirlərə cəlb olunmasını vacib hesab edir. Gələcəkdə sahibsiz küçə itlərinin də baytar nəzarətinə götürülməsi mümkün olacaq. Hazırda bu istiqamətdə işlər aparılır. Qabaqlayıcı tədbirlər nəticəsində, hazırda şəhər ərazisində epizootik vəziyyət sabitdir.

İmamverdi Bayramov - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəis müavini: Hələki Gəncədə sahibsiz itlərə qarşıtədbir görülmür. Lakin bununla əlaqədar olaraq yerli icra orqanlarına müraciət etmişik hansı ki, o itlərin bir yerə toplanaraq peyvənd olunması və yaxudda dölsüzləşdirilməsi mümkün olsun. Və lbu istiqamatdə müxtəlif planlar hazırlanır.