• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4000
— 04.11.2019 11:01

Ferrari ikinci rodsteri təqdim edib

Ferrari şirkəti V12 mühərriki ilə təchiz edilmiş möhtəşəm rodsteri təqdim edib. Modelin adındakı GTS kəlməsi Gran Turismo Spider kimi açıqlanır. Rodster 800 at qüvvəsi və 6,5-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Rodsterin maksimal sürəti 340 km/saatdır. Əslində italyan mühəndislərinin qarşısında duran əsas vəzifə aerodinamikanın deyil, açıq tavanla hərəkət zamanı komfortun təmin edilməsi olub. Bu məsələni həll etmək üçün dizaynerlər avtomobilin arxa hissəsini əsaslı şəkildə işləyiblər. Bundan başqa, avtomobil şüşədən hazırlanmış külək “qalxanına” sahib olub. Bu şüşə elektrik ötürməsi vasitəsi ilə qalxır və rodsterin sərnişinlərini akustik komfort ilə təmin edir. İtalyan markasının nümayəndələri ekranın V12 mühərrikinin möhtəşəm səsinin qarşısını almadığını və sərnişinlərin güc aqreqatının səsindən xüsusi həzz alacaqlarını bildiriblər.