• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2839
— 02.11.2019 12:17

“İradənlə qalib gəl!

KepezTV Player

9 noyabr - Bayraq günü münasibətilə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalara start verib. Aksiyalar nazirliyin tabeliyində olan 34 Olimpiya İdman Kompleksində keçirilir. Bu tədbirlər çərçivəsində Gəncədə də “Açıq qapı günü” reallaşıb. Məqsəd gənclərin idmana cəlb olunması, hər kəs üçün idman komplekslərini əlçatan etmək, buradakı zallar, idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etməkdir.  Aksiyada boks, futbol, voleybol, güləş, atletika, tennis, badminton, şahmat və s. idman növləri üzrə yarışlar və əyləncəli idman oyunları təşkil edilir. Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələrinin şəhərləri arasında ilk dəfə məhz Nizami yurdu qazanıb.