• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2730
— 01.11.2019 20:01

"Kəpəz" kubokda mübarizə aparacaq

KepezTV Player

Futbol üzrə Azərbaycan Kubokunda 2019/20 mövsümünün iştirakçı komandaları müəyyənləşib. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçiləri də mübarizə aparacaq. Belə ki, aşağı liqadan “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” ölkə kubokunda iştirak edəcək. Qərb futbolunun digər təmsilçisi “Turan Tovuz” isə stadionunda təmir işlərinin aparılması ilə bağlı yarışa qatımaqdan imtina edib. Xatırladaq ki, 4 dəfə Azərbaycan Kubokunu qazanan “Kəpəz” ötən mövsüm kubokda mübarizəni ilk mərhələdə dayandırıb. Komanda 1/8 finalda Gəncədə “Səbail”ə 0:4 hesabı ilə uduzub. Kubokun püşkatma mərasimi noyabrın 13-də saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək.