• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3631
— 26.04.2015 20:48

Goranboy və Şəmkirdə avtoqəzalar: 3 nəfər yaralıdır

Goranboy və Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Hər iki qəza xəsarətlə nəticələnib.

Bu gün axşam saatlarında Goranboyda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Şıxlar kəndinə gedən yolda qeydə alınıb. “VAZ 2106” markalı avtomobilin sürücüsü 30 yaşlı Xalid Əhmədov hərəkətdə olarkən yol kənarında dayanan ekskavatora çırpılıb. Qəza nəticəsində xəsarət alan “VAZ”-n sürücüsü  Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Bakı- Qazax magistralının Şəmkirin Könüllü kəndi ərazisindən keçən hissəsində də yol qəzası baş verib. Qurbanəli Qurbanov idarə etdiyi “İnfinity” markalı avtomobillə üzü Gəncəyə tərəf hərəkətdə olan zaman yolun əksi istiqamətində gələn “VAZ 2107” markalı avtomobil onun yoluna çıxıb. Nəticədə “İnfinity”-nin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaya səbəb olan “VAZ 2107” markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Hər iki faktla əlaqədar araşdırma aparılır.