• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4057
— 31.10.2019 18:54

Velosiped sürməyin faydaları

KepezTV Player

Velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir yoldur. Eyni zamanda ucuz nəqliyyat vasitəsidir. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq çəkiyə malik olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçdiyindən orqanizmdəki artıq yağlar da əriyir.

Velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.

Velosiped sürmək ürək məşqidir. Araşdırmalar zamanı velosiped sürənlərin müntəzəm şəkildə qaçışla məşğul olan insanlardan daha sağlam olduğu sübut edilib.

Velosiped sürməklə arıqlamaq, ürəyin sağlamlığını qorumaq, əzələləri inkişaf etdirmək, pul yığmaq və ətraf mühiti qorumaq mümkündür.