• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3998
— 31.10.2019 18:49

UTECA zavodda kafedrasının filialını açdı

KepezTV Player

Ölkənin texnalogiya sahəsində əsəs kadr hazırlığını həyata keçirən Azərbaycan Texnalogiya Universiteti daha bir mühüm addım atıb. Gəncə Alüminium Kompleksi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zavodda universitetin Kimya və Metallurgiya kafedrasının filialı açılıb

Artıq metallurgiya ixtisası üzrə  oxuyan tələbələr, təhsil müddəti ərzində praktik vərdişlərə daha təkmil yiyələnəcək. Söhbət Azərbaycan texnologiya Universitetinin tələbələrinin Azəralüminium-un Gəncədəki zavodunda təcrübə toplamasından gedir. Zavodda tədris üçün yaradılan yaradılan imkanlardan tələbələr həftədə 1 dəfə müxtəlif sexlərdə istehsal prosesi ilə birbaşa tanış olmaqla yararlanacaqlar.

Akif Süleymanov UTECA-nın rektoru:Əsas məsələlərdən biri də kadr hazırlığını kadrlara ehtiyyacı olan müəsisələrlə birgə aparmaqdır. Və bunu nəzərə alaraq biz son vaxtlar 32 sənaye müəsisəsi ilə əlaqələr yaratmışıq. Bu əlaqələrin əsas məqsədi qeyd etdiyim kimi tələbələrin oxuduğu müddətə həm universitetdə həm də müəsisələrdən dərin biliklərə yiyələnmələrinə kömək etməkdir.

Ölkədə sənayenin sürətli inkişafı, xüsusən də qeyri neft sektoruna dövlət ayırdığı diqqət bu sahədə yüksək ixtisaslı yerli  kadrlara tələbat yaradır. Bu prizmadan yanaşılan, yeni tədris müxanizminin uğurlu nəticə verəcəyi şübhə yaratmır.

Cəmil Səfərov Gəncə Alüminium Kompleksinin istehsalat rəhbəri: İstər metallurgiya sahəsinə istərsədə sənayenin başqa sahələrinə tövhələr qaçılmaz olacaq. Çünki burada metallurgiya və maşınqayırma sənayesi üçün kadr hazırlığı proqramları hazırlanır və həmin proqramlar üzrə özəl dərslər keçirilir. Ona görədə burada qazanan həm metallurgiya sahəsi həm də Azərbaycan olacaq.

Zavodda universitetin kafedrasının filialının yaradılması gənclərin gələcək məşğulluğu baxımından da əhəmiyyətli hesab edilir. Elə ilk gündən tələbələrin ürəyincə olan şərait ixtisaslı kadr hazırlığına əsas yaradır.

Gələcəkdə universitetin əməkdaşlıq etdiyi digər sənaye müəsisələrində də müvafiq fillialların açılması nəzərdə tutulur.