• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3446
— 01.11.2019 18:43

Samuxda 33 min ton taxıl yığılması planlaşdırılır

KepezTV Player

Bu il zəmilərdən yığılan 32 min tondan artıq taxıl Samuxlu fermerləri əlavə stimul verib. Nəticədə payızlıq səğinin aparıldığı hazırki dövrdə əkin sahəsi saha 100 ha artırılıb. Dövlət dəstəyi, düzgün toxum seçimi, aparılacaq aqrotexniki qulluq və texnika ilə təminat gələn ilki məhsuldarlığın da artıq olacağını deməyə əsas verir.

Samuxda 2200 torpaq mülkiyyətçisi payızlıq taxıl əkinininə başlayıb. Artıq 10 min ha ərazidə şum yekunlaşıb. 1800 ha ərazidə arpa, 1000 ha-da buğda səpilib və səpin davam edir. Texnika baxımından problem yaşanmır. 42 şum traktoru, 22 ədəd səpin aqraqatı payızlıq taxıl səpini aparmaq üçün sahələrə cəlb edilib.

Ülfət Süleymanov mexanizator:Aqrolizinq xətti ilə aldığımız texnikalarla yerli əhaliyə, fermerlərə xidmət edirik. Gün ərzində 5-10 ha taxıl səpirik.Texnikalarımızda saz vəziyyətdədir. Hava şəraitidə imkan verir ki, işimizi görə bilək.

Əkində istifadə olunan mineral gübrələr də əvvəlcədən fermerlərə paylanılıb.

Knyaz Əliyev fermer:Samux rayonun Qədirli kəndində yaşayıram.Ötən il 8 ha taxıl əkmişdim. Bu il 15 ha taxıl əkəcəm. Sağ olsun dövlətimiz bizə gübrə köməkliyi edirlər. Keçən il 35 ton məhsul götürmüşdüm.Məhsuldarlıq yaxşı olduğuna görə bu il davamlı etmək istəyirəm.

Gələn ilin yanvarından taxıl əkən torpaq mülkiyyətçiləri yeni təstiq olunan qaydada subsidiya alacaq. Elektron kənd təsərrüfatı sistemi ilə veriləcək subsidiya fermerlərin işini daha da asanlaşdıracaq.

Rahil Həsənov Samux DAİM-in direktoru:Artıq buğda əkənlərimiz yeni kartlar alacaqla. Onlar 1 ha əkin üçün həmin karta 200 manat pul qoyulacaq.Əkin subsidiyası əlaqədar əmsallar var. Ümumilikdə  hər hektar buğda sahəsi üçün 200 manatın verilməsi həmin məbləğin 25 faizini istehsalçı nağdılaşdırıb alacaq, qalan hissəsini isə mineral gübrələr, zəhərli kimyəvi maddələr və toxumların alınması istifadə edə biləcəklər.

Bu il Samuxlu fermerlər 9622 ha-dan 34-35 sentner məhsul götürüblər. Gələn ilin məhsulu üçün səpinini isə noyabırın sonuna başa çatdırmaq nəzərdə tutulur.